RƏSMİ


Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythingeri qəbul edib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger dövlətimizin başçısına onu qəbul etdiyinə görə minnətdarlığını bildirdi. Kristian Faythinger ölkəmizə ilk dəfə səfərindən məmnunluğunu ifadə edərək, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.