Papa Fransiskin Ərəbistan yarımadasına tarixi səfəri ibadətlə başa çatıb
05.02.2019 [18:39]
Roma Papası Fransiskin Ərəbistan yarımadasına tarixi səfəri Əbu-Dabidəki “Zayed” stadionunda ibadətlə başa çatıb. Stadiona təqribən 180 min dindar toplaşıb. İbadətdə iştirak etmək üçün onların çoxu gecə saat 01.00-dan növbə tutub.