"Badam Bağları" yaşayış massivinin yolları yenidən qurulur
07.02.2019 [11:34]
Xəbərin mətni
Xəzər rayonunda Mərdəkan şosesindən ayrılan və “Badam Bağları” yaşayış massivinə gedən yolun, həmçinin bu yola paralel 2 qəsəbədaxili küçənin əsaslı şəkildə bərpası işlərinə start verilib .
Aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.