Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub

07.02.2019 [18:36]

Xəbərin mətni
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI