Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Yanacaqdoldurma məntəqəsi qarət edildi - Rusiyada

07.02.2019 [20:01]

Moskva vilayətinin Kaşira bölgəsində yanacaqdoldurma məntəqəsində baş verən bir qarətin videosu yayılıb. Papaqla gözlərini gizlədən silahlı bir şəxs məntəqəyə daxil olaraq nəzarətçini qarət edib. Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, soyğun şübhəsi ilə əlaqədar artıq 52 yaşlı bir şəxs saxlanılıb.