Kafeyə girib 4 nəfəri güllələdi
08.02.2019 [11:34]
İzmirdə bir nəfər kafedəki qadınlara söz atdığı üçün oradan uzaqlaşdırılıb. Lakin kafe sahibləri tərəfindən çölə atıldığını qəbul etməyən şəxs geri dönərək tapança ilə atəş açıb və 4 nəfəri yaralayıb. Az sonra polis onu saxlayıb.