İQTİSADİYYAT


Mərdəkan-Qala avtomobil yolunun tikintisi yekunlaşıb

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb. Məlumata görə, avtomobvil yolunun II texniki dərəcəyə uyğun bərpa olunub. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kub.m həcmdə qazılaraq çıxarılıb. Qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb.