Kemerovoda avtobus uçuruma aşıb
08.02.2019 [13:54]
Rusiyanın Kemerovo vilayətində içərisində şaxtaçılar olan avtobus uçuruma aşıb.
AZƏRTAC xəbər verir ki, nəticədə səkkiz nəfər həlak olub, daha 16 adam yaralanıb. Avtobus “Razrez Raspadski” ASC-nin 21 əməkdaşını kömür şaxtasına aparırdı.