“Flamengo” futbol klubunun təlim-məşq mərkəzində baş vermiş yanğında 10 nəfər ölüb
08.02.2019 [16:52]
Xəbərin mətni
Braziliyanın Rio-de-Janeyro şəhərində “Flamengo” futbol klubunun təlim-məşq mərkəzində baş vermiş yanğın nəticəsində 10 nəfərin öldüyü bildirilir.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, yanğınsöndürənlər daha 3 nəfərin ağır dərəcəli yanıqla xəstəxanaya aparıldığını deyiblər.