DÜNYA


İstanbulda çökən binanın dağıntıları altından indiyədək 14 nəfərin cəsədi çıxarılıb

İstanbulun Kartal rayonunda çökən binanın dağıntıları altından indiyədək 14 nəfərin cəsədi çıxarılıb. Xilas edilən 14 nəfər isə xəstəxanalara yerləşdirilib. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlamasında bildirib. Nazir deyib ki, bu hadisənin təqsirkarları cəzasız qalmayacaq.