İQTİSADİYYAT


İctimai nəqliyyatda siqaret problemi – BNA hansı tədbirləri görür AÇIQLAMA

Avtobusda və taksidə siqaret çəkən sürücülər cərimə olunacaq. Artıq sərnişinlər də sükan arxasında siqaret çəkən sürücülər barədə məlumatları Bakı Nəqliyyat Agentliyinə təqdim etməklə onların məsuliyyətə cəlb edilməsi prosesində iştirak edə biləcəklər. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna əsasən avtobuslar və taksilər tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Bu qadağanın pozulmasına görə 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub.