İQTİSADİYYAT


“Yaşıl çay” fermer təsərrüfatı yaponların və iranlıların diqqətində

Dünyada istifadə edilən çayın 75 faizi qara çaydır. Ümumilikdə isə 1500-dən çox çay növü var. Bu növlərin bəziləri Azərbaycanda, Lənkəranda da yetişdirilir. Lənkəranın İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) “Made in Azerbaijan” brendi ilə 25 çeşiddə çay istehsal olunur.