SİYASƏT


Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərindəki hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi and içdikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi, gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.