SİYASƏT


Kubanın Azərbaycandakı səfiri AZƏRTAC-ın ispan dili bölməsinin fəaliyyəti ilə tanış olub

Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portoundo AZƏRTAC-da yeni fəaliyyətə başlayan ispan dilində informasiya bölməsinin işi ilə tanış olub. Diplomat bölmənin əməkdaşları ilə görüşüb, xəbərin ispan dilində təqdimatı, ispandilli auditoriya üçün Azərbaycanla bağlı maraqlı ola biləcək informasiyalar barədə fikir mübadiləsi aparıb.