DÜNYA


Dünyanın 7 möcüzəsindən biri olan Böyük Çin səddi qışda

Böyük Çin səddi - ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır. Şimalda yaşayan xalqların hücumlarından qorunmaq məqsədi ilə e.ə. 221-ci ildə başlayaraq səddin inşasına başlanılıb. Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilib. Min sülaləsinin imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək, indiki görkəmini alıb. Ölkənin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir.