DÜNYA


İstanbulda helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

İstanbulun Çəkməköy rayonunda yaşayış kompleksinin ərazisinə düşən helikopter qəzası ilə bağlı araşdırmalar davam edir. Qəzanın səbəbi bilinməsə də, helikopterin təcili eniş etdiyi bildirilir. Başqa məlumata görə, helikopter 34 dəqiqə havada qalıb. Qəzada ağır yaralanan 4 əsgər xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib.