İQTİSADİYYAT


Əsl bal necə olmalıdır – İsmayıllıdan olan arıçı danışır

Arı pətəklərinə boş çərçivələr qoyulmalıdır ki, onu arı özü toxusun. Yoxsa ki, indi çoxları o çərçivələrə kimyəvi vələmum listləri yerləşdirirlər. Düzdür, arı özü toxuduğu çərçivəni tamamilə balla doldura bilmir. Amma həmin bal ən təmiz bal sayılır. Arıçılara məsləhətim budur ki, pətəklərdəki çərçivələrə kimyəvi vələmum listləri qoymasınlar. Arının öz ağızı ilə toxuduğu təmiz şan balı digərləri ilə qarışdırılmamalıdır. O, ən təmiz bal sayılır.