CƏMİYYƏT


Bilgəhdə Xəzərin sahil zolağı plastik tullantılardan təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib. İməcilikdə ETSN-in əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib.