AZƏRTAC-ın Qətər və Livan KİV-ləri ilə sıx əməkdaşlığı məmnunluq doğurur
12.02.2019 [19:12]
Xəbərin mətni
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşları AZƏRTAC-da olublar.
Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, mətbuatı, həmçinin AZƏRTAC-ın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Şərqdə ilk dəfə demokratik cümhuriyyət Azərbaycanda qurulub.