Arizona Senatında Azərbaycanla bağlı təqdimat keçirilib
13.02.2019 [11:11]
Xəbərin mətni
ABŞ-ın Arizona Ştat Senatının plenar iclasında Azərbaycanla bağlı təqdimat keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.
Baş konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxış edən senator Ceyven Mesnard senatorlara Azərbaycan haqqında məlumat verib.