DÜNYA


Qarda batan adamın videosu internetdə izləmə rekordu qırdı

Videonun şərhində qeyd edildiyinə görə, kadrlar Norilskdə qeydə alınıb. Qısa müddətdə sosial şəbəkələrdə böyük populyarlıq qazanan videoda qarda yola tərəf irəliləyən bir nəfər görünür. Qar çox olduğundan anidən sanki uçquna düşür. Amma az keçmədən adam yenidən görünür və çətinliklə də olsa davam edərək avtomobil yoluna çıxır.