Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Moskva aeroportunda iki sərnişin təyyarəsi toqquşdu

14.02.2019 [19:14]

Moskvadakı "Vnukovo" hava limanında Rusiya Hava Yollarına məxsus Boeing-747 və Azura Boeing-767 sərnişin təyyarələri toqquşub. İlkin məlumata görə, Boeing-767 park halında olan digər təyyarəyə toxunub. Azura Boeing-767 təyyarəsi ciddi zədələndiyindən uçuş təxirə salınıb. Hadisə nəticəsində zərər çəkən olmayıb.