CƏMİYYƏT


Qusarlı fermer bir gündə 50 tona yaxın kartof çeşidləyə bilən aqreqat düzəldib

Rayonun Yasab kəndində yaşayan 58 yaşlı Rəvayət Nəzərovun hazırladığı qurğu həm elektriklə, həm də mexaniki üsulla çalışır. Sadə mexanizmlə işləyən qurğuda kartof diametri 800 millimetr olan barabana boşaldılır. Həmin baraban fırlandıqca kartoflar ölçüsünə uyğun dəliklərdən xüsusi yuvalara tökülür. Bu aqreqat kartofu 0-35, 36-55, 56-85 millimetr və 85 millimetrdən böyük olmaqla 4 ölçüdə çeşidləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır