Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə azyaşlı uşağın bu hərəkətindən danışır

16.02.2019 [23:39]

Azyaşlı uşaqla bağlı sosial şəbəkələrdə yayılan video maraqla qarşılanıb. Görüntülər Türkiyənin Qars vilayətində çəkilib. Təhlükəsizlik kamerasına düşən kadrlarda atası ilə birlikdə gəzən azyaşlının üzərində bayraq olan xidməti maşın gördükdə ayaq saxlayaraq bayrağı öpməsi əks olunub.