DÜNYA


İstanbulda bina çöküb

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində üçmərtəbəli bina çöküb. AZƏRTAC xəbər verir ki, binanın boş olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Binanın yola tərəf çökməsi səbəbilə bölgədə olan maşınlar zədələnib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır