Sutka ərzində atəşkəs rejimi 26 dəfə pozulub
18.02.2019 [10:03]
Xəbərin mətni
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Məzəm və Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.