İQTİSADİYYAT


Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur

Bakının Xətai rayonunda Məhəmməd Hadi küçəsindən sonra Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 800 m, eni isə 24 metr olan Neapol küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla davam etdirilir.