Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan ordusu atəşkəs rejimini 29 dəfə pozub

20.02.2019 [10:04]

Xəbərin mətni
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI