DÜNYA


İsveçrədə bir qrup şəxs qar uçqunu altında qalıb

Fevralın 19-da İsveçrə Alplarında xizəksürmə mərkəzlərinin birində bir neçə nəfər qar uçqunu altında qalıb. AZƏRTAC xəbər verir ki, Krans Montana qəsəbəsi yaxınlığında yerləşən xizəksürmə mərkəzində baş vermiş hadisədən az sonra xilasedicilər helikopterlərin köməyi ilə axtarışa başlayıblar.