DÜNYA


İsveçrədə qar uçqunu altında qalan bütün turistlər tapılıb

İsveçrə polisi Vale kantonunda qar uçqununun baş verdiyi rayonda axtarış əməliyyatının başa çatdığını bildirib. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Vale polisinin “Twitter” səhifəsində yerləşdirilib: “Axtarış əməliyyatı bütün gecə boyu davam edib və yalnız səhər saatlarında dayandırılıb. Ehtiyac olsa, əməliyyatı davam etdirə bilərik. İtkin düşənlər yoxdur. Xəsarət alan 4 nəfərdən birinin vəziyyəti ağırdır”.