DÜNYA


Məşhur çimərlik zibilxanaya çevrildi

Bura dünyanın ən populyar və məşhur çimərliklərindən biri, İndoneziyanın Bali adasında yerləşən Kuta çimərliyidir. AZƏRTAC “Daily Mail”ə istinadən xəbər verir ki, internetdə məşhur çimərliyin son vəziyyəti ilə bağlı video yayınlanıb. Videodan görünür ki, Kuta çimərliyi acınacaqlı vəziyyətdədir. Məlumata görə, okeanda baş verən tufan və qasırğa zamanı dalğalar qumsallığa min tollarla plastik və metal tullantı atıb. Nəticədə çimərlik zibilxanaya çevrilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır