SİYASƏT


ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb

Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası işini davam etdirib. Günün birinci yarısında siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda dünyanı narahat edən problemlər, beynəlxalq terrorizmə və kibercinayətkarlığa qarşı mübarizə, ATƏT məkanında təhlükəsizlik çağırışları, nüvə silahlarının məhdudlaşdırılması, münaqişə bölgələrində gərginliyin azaldılması mövzularında çıxışlar edilib və müzakirələr aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır