Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xınalığa çəkilən alternativ yolun tikintisi noyabr ayında yekunlaşacaq

25.02.2019 [12:30]

Xəbərin mətni
Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Quba rayonunun Susay–Xınalıq avtomobil yolunda tikinti işləri bu ilin noyabr ayında yekunlaşacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda tikinti işləri rayonun Alpan kəndi ərazisində, Quruçay üzərində yeni körpülərin inşası ilə davam etdirilir.