İQTİSADİYYAT


Qazaxıstan telekanalı yeni Bakı Limanından reportaj hazırlayıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın ilk milli peyk telekanalı və ölkənin ən böyük media holdinqi olan “Khazakh TV”nin “Visa Free” proqramının çəkiliş qrupu Azərbaycanda olub. Proqramda Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına xüsusi yer ayrılıb. Reportajda “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən yeni Bakı Limanının Xəzər dənizinin ən qədim limanı olduğu qeyd edilib.