SİYASƏT


ADA Universitetində Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı hesabat təqdim edilib

Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqa ziddir. Ciddi narahatlıq doğuran fakt bəzi ölkələrin hüquqi və fiziki şəxslərinin Ermənistan və qeyri-qanuni rejimlə əməkdaşlıq edərək, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmasıdır. Bu sırada Avropa ölkələrinin hüquqi və fiziki şəxsləri də yer alırlar.