Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının ildönümü ilə əlaqədar on minlərlə insan “Ana harayı” abidəsini ziyarət edir

26.02.2019 [13:15]

Xəbərin mətni
Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 27-cü ildönümü ilə əlaqədar fevralın 26-da on minlərlə insan faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir. Abidə önündən keçən insanların AZƏRTAC-a müsahibələrində bu dəhşətli cinayətin təşkilatçılarına və icraçılarına dərin nifrət hissi ilə yanaşı, həm də onların gec-tez öz layiqli cəzalarını alacaqlarına inam ifadə olunur.

BÖLMƏNİN DİGƏR VİDEOLARI