Türkiyənin “TRT World” kanalında Azərbaycan haqqında sənədli film yayımlanıb
26.02.2019 [23:00]
Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” Azərbaycan haqqında sənədli film hazırlayıb.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da efirə gedən iyirmi altı dəqiqəlik filmdə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, Xocalı soyqırımı barədə tamaşaçılara ətraflı məlumat verilir.