SİYASƏT


“TRT World” Azərbaycandan sənədli film hazırladı

Xəbər verdiyimiz kimi, Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” Azərbaycan haqqında sənədli film hazırlayıb. AZƏRTAC xəbər verir ki, fevralın 26-da efirə gedən iyirmi altı dəqiqəlik filmdə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, Xocalı soyqırımı barədə tamaşaçılara ətraflı məlumat verilir.