SİYASƏT


Ermənilər mənfur niyyətlərinə çata bilmədilər

Parisdə “FRA Nor-Seround” erməni gəncləri faşist təşkilatının fəalları Sen-Östaş kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirinə mane olmağa cəhd göstəriblər. Ermənilər iç üzlərinin açıldığını, beynəlxalq ictimaiyyətin onların iyrənc əməllərindən xəbər tutduğunu görərək daha da azğınlaşırlar. Ancaq onlar Xocalı qətilamının günahsız qurbanlarının xatirəsinin yad edilməsinə mane ola bilmədilər. Anım tədbiri planlaşdırıldığından da yüksək səviyyədə keçirilib.