CƏMİYYƏT


Yol polisi məktəbdə maarifləndirici tədbir keçirib

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 244 nömrəli orta məktəbdə şagirdlər, məktəb kollektivi və valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən şöbənin əməkdaşları bildiriblər ki, qarşıda duran əsas məqsədlərdən biri yol-nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsini minimuma endirmək və azyaşlıları qəzalardan qorumaqdır.