SİYASƏT


AZƏRTAC 99 yaşında

99 ildir etibarlı xəbər mənbəyi olan Azərbaycanın ilk xəbər agentliyi AZƏRTAC-ın xəbər lentindən hər gün 8 dildə xəbər, 5 dildə video yayımlanır. Respublikada ən böyük foto arxivə malik olan agentliyin 5 veb-resursu, 30-dan artıq sosial şəbəkə səhifəsi var. Dünyanın 50-yə yaxın informasiya agentliyi ilə rəsmi tərəfdaşlıq edən, 8 beynəlxalq informasiya təşkilatının üzvü, 3 beynəlxalq informasiya təşkilatının sədri olan AZƏRTAC-ın 22 müxbir məntəqəsi ilə 5 qitədə, 60-dan çox ölkədə təmsil olunur.