İQTİSADİYYAT


Xaçmazın üç kəndinin su təminatı yaxşılaşdırılıb

Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və su təminatı layihələrinin icrası yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində icra olunan layihələr yerli fermerlərin suvarma, həmçinin sakinlərin texniki su təminatını daha da yaxşılaşdıracaq.