RƏSMİ


Prezident İlham Əliyev ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğuladı.