Çində təyyarə qəzası: Ölənlər var
12.03.2019 [19:00]
Çinin Haynan əyalətində qırıcı təyyarə qəzaya uğrayıb. Təlim uçuşu həyata keçirən təyyarə Lıdong rayonunda yerə çırpılıb. Təyyarənin Çin Hərbi Dəniz Qüvvələrinə məxsus olduğu, qəza zamanı iki pilotun öldüyü açıqlanıb.