SİYASƏT


ABŞ Azərbaycanlıları Şəbəkəsinin təmsilçisi Nümayəndələr Palatasının alt komitəsindəki dinləmələrdə çıxış edib

Vaşinqtonda ABŞ Nümayəndələr Palatasının Büdcə Ayırmaları Komitəsinin dövlət, xarici əməliyyatlar və qarışıq proqramlar üzrə Alt komitəsinin 2020-ci maliyyə ilində xarici ölkələrdə, həmçinin dünyanın müxtəlif dövlətlərində və ərazilərində, o cümlədən Ermənistan və Azərbaycanda layihələr həyata keçirən beynəlxalq və qeyri-hökumət təşkilatlarına maliyyə yardımının ayrılması ilə bağlı dinləmələri keçirilib.