RƏSMİ


Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Çeferoviçə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fürsət olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğuladı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır