RƏSMİ


Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Moldova Prezidenti İqor Dodon ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldova Prezidenti İqor Dodona təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu Forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik etdi.