SİYASƏT


VII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclası “Davamlı inkişaf çağırışları” mövzusuna həsr olunub

“Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumu çərçivəsində ikinci panel iclası “Davamlı inkişaf çağırışları” mövzusuna həsr olunub. AZƏRTAC xəbər verir ki, panel iclası Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru Ceffri Saksın moderatorluğu ilə keçib. O bildirib ki, dünya iqtisadiyyatı hazırda dayanıqlı inkişafı təmin etmir. İqtisadi artım birbaşa sosial ədalətə söykənmir. Dünyada gedən proseslər ətraf mühitə böyük təsir göstərir. Ətraf mühitdən nəzarətsiz qaydada istifadə olunur və bu da iqlim dəyişikliyini nəzarətdə saxlamağa imkan vermir, biomüxtəlifliyə mənfi təsir göstərir. Okeanlarda suyun səviyyəsi artır, hava çirklənir, bu da qidaların keyfiyyətinə təsir göstərir. Bu baxımdan, dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidirlər.