SİYASƏT


Qlobal Bakı Forumu çərçivəsində Balkan ölkələrinin bu günü və gələcəyi ilə bağlı məsələlər müzakirə edilib

Martın 15-də VII Qlobal Bakı Forumu çərçivəsində “Balkanlar: bu günü və gələcəyi” adlı panel iclas keçirilib. AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib ki, ötən əsrin sonlarında Balkanlarda başlanan müharibələr başa çatsa da, hazırda bu regionda hələ də həllini gözləyən məsələlər var.