DÜNYA


Fransada “sarı jiletlilər” aksiyası: Parisdə brend mağazalar qarət edilib və yandırılıb

Martın 16-da Fransada keçirilən “sarı jiletlilər” aksiyasının 18-ci mərhələsində 32 mindən çox insan iştirak edib. AZƏRTAC xəbər verir ki, Parisdə küçələrə 10 minədək aksiyaçı çıxıb. Yelisey çölləri prospektində səhər saatlarından polislə nümayişçilər arasında vəziyyət gərginləşib. Radikal anarxist qrupun üzvləri prospektdəki məşhur brendlərin mağazalarını, restoranları dağıdaraq yandırıb və qarət ediblər.